Rumıniyanın “Silikon Vadisi” hesab edilən Kluj şəhərində yerləşən Babeş-Bolyai Universitetinə səfər edilib.

23.11.2023

Rumıniyanın “Silikon Vadisi” hesab edilən Kluj şəhərində yerləşən Babeş-Bolyai Universitetinə səfər edilib.

Rumıniya Respublikasına işgüzar səfər çərçivəsində nümayəndə heyətinin Babeş-Bolyai Universitetində görüşləri baş tutub. 

Universitet rəhbərliyi və pedaqoji heyətlə keçirilən görüşlərdə universitetin tarixi, fakültələri, tədqiqat mərkəzləri, həmçinin kibertəhlükəsizlik və kibercinayətkarlığa qarşı mübarizə sahəsində tədris və tədqiqat fəaliyyəti, eləcə də universitetin beynəlxalq əlaqələri haqqında məlumatlar nümayəndə heyətinin diqqətinə çatdırılıb. Görüşlərdə AKTA İdarə Heyətinin sədri Elvin Balacanov Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədris və tədqiqat fəaliyyəti, habelə Assosiasiya tərəfindən icra edilən layihələr, təhsil müəssisələri və sənaye arasında əlaqələrin gücləndirilməsi məqsədilə aparılan işlərdən danışıb.

Daha sonra, Babeş-Bolyai Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirilib. Tələbələrin universitetdəki təhsili, təhsil və tədqiqat mühiti barədə düşüncə və təcrübələri, eləcə də AKTA-da onlar üçün mümkün olan təlim və karyera imkanları ətrafında məlumat mübadiləsi aparılıb.

Qeyd edək ki, Babeş-Bolyai Universiteti Rumıniyanın ən qədim və öncül universitetlərindəndir. Universitetdə kibertəhlükəsizlik sahəsində müvafiq magistratura və doktorantura proqramları mövcuddur.

© Bütün hüquqlar qorunur 2022 - 2024