image

Yeni hazırlanmış tədris vəsaitlərinin universitetlərdə təqdimatı davam edib.

24.06.2025

Yeni hazırlanmış tədris vəsaitlərinin universitetlərdə təqdimatı davam edib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində hazırlanan tədris-metodiki vəsaitlərin təqdimatı və seminarlar davam edib.  

 

Növbəti tədbirlər cari ilin 18 iyun tarixində Azərbaycan Texniki Universitetində, 19 iyun tarixində isə Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetində həyata keçirilib. Sözügedən tədbirlər çərçivəsində yeni tədris vəsaitlərinin qeyd olunan ali təhsil müəssisələrinin tələbə-müəllim kollektivinə təqdimatı ilə yanaşı kibertəhlükəsizlik sahəsindəki aktual məsələlərə dair interaktiv müzakirələr aparılıb. 

 

Qeyd edək ki, AKTA tərəfindən icra olunan layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin icrası nəticəsində “İnformasiya təhlükəsizliyi” ixtisasına aid olan 3 fənn (“Kriptoqrafiyanın əsasları”; “Elektronika və IoT cihazlarının təhlükəsizliyi”; “Sosial mühəndislik”) üzrə sillabuslar və metodiki vəsaitlər (mühazirələr toplusu) hazırlanıb.