12 iyun 2023-cü il tarixində “Kriptoqrafiya üzrə elmi-praktiki seminar”

12.06.2023

12 iyun 2023-cü il tarixində “Kriptoqrafiya üzrə elmi-praktiki seminar”

12 iyun 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 14 ali təhsil müəssisəsinin aidiyyəti mütəxəssislərin iştirakı ilə Azərbaycan Texniki Universitetində  “Kriptoqrafiya üzrə elmi-praktiki seminar” həyata keçirilib. Sahə üzrə ekspertlərin iştirakı ilə kibertəhlükəsizlik kontekstində kriptoqrafiyanın əhəmiyyəti, kriptoqrafiya sahəsində baş verən yeniliklər, blokçeyn texnologiyalarında kriptoqrafiyanın rolu, kriptoqrafik təhlükəsizlik protokolları və digər mövzular müzakirə olunub.

Seminarın əsas məqsədi Azərbaycan Respublikasında kriptoqrafiya sahəsində ixtisaslaşmış mütəxəssislər arasında sahə üzrə aktual məsələlərin müzakirəsinin təşkil olunması və təkmilləşdirici təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi olub.

© Bütün hüquqlar qorunur 2022 - 2024