3-cü Milli Kibertəhlükəsizlik Forumu 1 iyun tarixində baş tutacaq

26.04.2024

3-cü Milli Kibertəhlükəsizlik Forumu 1 iyun tarixində baş tutacaq

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunan Forumun əsas məqsədini kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək qurumlar, təşkilatlar, tərəfdaşlar və mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsi təşkil edir.

Forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində təhsil və insan resursları, eləcə də kiberdiasporanın formalaşdırılması mövzuları ətrafında yerli və xarici qurum və təşkilatların rəhbər vəzifəli şəxslərinin, habelə aidiyyəti mütəxəssislərin iştirakı ilə təqdimatların və müzakirələrin həyata keçirilməsi nəzərdə tutulur. 

Forum çərçivəsində, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə, habelə digər tərəfdaş ölkələrdə kibertəhlükəsizlik sahəsində görülən işlərin təqdimatı, eləcə də, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr baş tutacaq. 

Forum AKTA üzvləri və kibertəhlükəsizlik ekspertləri, eləcə də, aidiyyəti qurum, təşkilat və şirkətlərin rəhbər heyəti üçün nəzərdə tutulub. 

Ətraflı: www.cyberforum.az 

© Bütün hüquqlar qorunur 2022 - 2024