AKTA İdarə Heyətinin sədri 18 iyun – 01 iyul tarixlərində Cənubi Koreya Respublikasında işgüzar səfərdə olub

01.07.2023

AKTA İdarə Heyətinin sədri 18 iyun – 01 iyul tarixlərində Cənubi Koreya Respublikasında işgüzar səfərdə olub

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən icra olunan “Cyber Security Capacity Building (Azerbaijan)(’21-’23)” layihəsində iştirak etmək məqsədilə cari ilin 18 iyun – 01 iyul tarixlərində Cənubi Koreya Respublikasında işgüzar səfərdə olub.

2021-2023-cü illər üçün nəzərdə tutulmuş qrant proqramı çərçivəsində KOICA CIAT proqramı üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunmuş və qalib elan edilmiş layihə çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti qurum və təşkilatlarının nümayəndələrindən ibarət geniş tərkibli heyət Cənubi Koreyada kibertəhlükəsizliyin təmin olunması sahəsində atılan addımlara dair məlumatlar əldə edib, habelə sahə üzrə fəaliyyət göstərən müxtəlif qurum və təşkilatların işi ilə yerində tanışlıq məqsədilə müxtəlif şəhərlərə səfərlər həyata keçirib. Həmçinin, AKTA və Koreya İnformasiya Təhlükəsizliyi Sənayesi Assosiasiyası arasında əməkdaşlığın həyata keçirilməsi istiqamətində danışıqlar aparılıb.

Bununla yanaşı, proqram çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti qurum və təşkilatlarının nümayəndələrindən ibarət qruplar tərəfindən ölkəmizin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə tətbiq olunması üçün müxtəlif tədbirlər planı layihələri hazırlanıb və müzakirə edilib.

İki həftə davam edən proqramın sonunda Azərbaycan Respublikasının nümayəndə heyətinin adından çıxış edən AKTA İdarə Heyətinin sədri E.Balacanov tərəfindən Cənubi Koreya Respublikası ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin, eləcə də kibertəhlükəsizlik sahəsində potensialın qarşılıqlı inkişaf etdirilməsi üçün oxşar layihələrin gələcəkdə də icra olunmasının önəmi xüsusi qeyd olunub.

© Bütün hüquqlar qorunur 2022 - 2024