AKTA tərəfindən yaradılacaq Milli Kibertəhlükəsizlik İndeksi əsasında mütəmadi qiymətləndirmələr aparılacaq

04.04.2024

AKTA tərəfindən yaradılacaq Milli Kibertəhlükəsizlik İndeksi əsasında mütəmadi qiymətləndirmələr aparılacaq

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük qrant müsabiqəsinin qaliblərindən biri olan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən “Milli Kibertəhlükəsizlik İndeksinin” yaradılması və ölkədə kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi məqsədilə layihə icra ediləcək.

Layihə çərçivəsində hazırlanacaq interaktiv onlayn platforma vasitəsilə ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması ilə əlaqədar həyata keçirilən fəaliyyətə dair məlumatların mütəmadi şəkildə toplanılması və qiymətləndirilməsi, indeks göstəriciləri əsasında aidiyyəti subyektlərin reytinq cədvəlinin tərtib olunması təmin ediləcəkdir. Tədqiqat və mütəmadi qiymətləndirmələr nəticəsində ölkənin kibertəhlükəsizlik eksosisteminin vahid təsviri yaradılmaqla yanaşı zəiflik və boşluqlar müəyyən olunacaq, vahid hesabat hazırlanacaq və davamlı şəkildə optimallaşdırıcı təkliflər təqdim olunacaqdır. İndeks üzrə tədqiqat və qiymətləndirmənin aparılması məqsədilə müxtəlif mənbələrdən, empirik və nəzəri tədqiqat metodlardan istifadə ediləcəkdir. 

https://ngoagency.gov.az/az/post/758/boyuk-ve-orta-qrant-musabiqelerinin-qalibleri-olan-qht-lerin-rehberleri-ile-gorus-kecirilib

© Bütün hüquqlar qorunur 2022 - 2024