image

AKTA Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Yaşıl İnformasiya Texnologiyaları həftəsi"nin açılış tədbirində iştirak etdi

14.05.2024

AKTA  Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Yaşıl İnformasiya Texnologiyaları həftəsi"nin açılış tədbirində iştirak etdi

Cari ilin 13 may tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının nümayəndə heyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Yaşıl İnformasiya Texnologiyaları həftəsi"nin açılış tədbirində iştirak edib.

İlk öncə, tədbirdə iştirak edən digər qonaqlar və universitet rəhbərliyi ilə birgə AKTA İdarə heyətinin sədri Elvin Balacanov, AKTA-nın İT mütəxəssisi Fərid Həsənov və Əməkdaşlıq və maarifləndirmə şöbəsinin mütəxəssisi Rəbiyyə Xuduyeva MDU tələbələrinin startap layihələrinin və məktəblilərin innovativ layihələrinin təqdimatında iştirak edib.

 

AKTA

Açılış nitqindən sonra AKTA sədri Elvin Balacanov tədbir çərçivəsində təşkil olunmuş “Yaşıl Kibertəhlükəsizlik Konsepsiyası: Rəqəmsal Dövrdə Ətraf Mühitin Mühafizəsi” adlı paneldə “Azərbaycan Respublikasında kibertəhlükəsizliyin inkişafı perspektivləri” adlı təqdimatla çıxış edib. AKTA sədri çıxışında ölkənin kibertəhlükəsizlik ekosistemi və bu ekosistemin inkişafına töhfə verilməsi məqsədilə AKTA tərəfindən atılmış addımlar, ətraf mühitin mühafizəsi və kibertəhlükəsizlik, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin olunması məqsədilə hüquqi və təşkilati sferalarda ölkəmizdə həyata keçirilmiş tədbirlərə dair məlumat verib.