Xəbərlərə qayıt
Xəbərlər • 30.10.2025

"PeşəFest-2025" festivalı baş tutub.

"PeşəFest-2025" festivalı baş tutub.

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyıb. 

 

Bu il “PeşəFest” çərçivəsində ilk dəfə olaraq, kibertəhlükəsizlik ixtisası da təqdim olunub. kibertəhlükəsizlik ixtisasının festival çərçivəsində təqdimatı AKTA-nın tərəfdaşlığı ilə həyata keçirilib və AKTA ekspertləri festivalda aktiv iştirak ediblər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən "PeşəFest-2025" festivalı sentyabr ayında Astarada başlayıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında davam edib. Ümumilikdə, 10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb. Festivalda 14 peşə istiqaməti üzrə keçirilən maarifləndirici tədbirlərdə AKTA tərəfindən kibertəhlükəsizlik sahəsi üzrə iştirakçılara bu sahənin əhəmiyyəti və inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar təqdim edilib.

 

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsinə böyük maraq göstərilib. Belə ki, Bakıdan 18 950 nəfər, Xaçmazdan 3 291 nəfər, Ağdaşdan 3 795 nəfər, İmişlidən 1 684 nəfər, Ağsudan 1 122 nəfər, Biləsuvardan 809 nəfər, Astaradan 425 nəfər, Tovuzdan 622 nəfər, Göygöldən 177 nəfər, Ağdamdan 235 nəfər və Qəbələdən 234 nəfər kibertəhlükəsizlik sahəsi ilə yaxından maraqlanıb.