Beynəlxalq konfrans “Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” şüarı ilə keçirilib.
Tədbir “Femmes Digitales” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (“e-Governance Academy” (eGA) tərəfindən təşkil olunub və “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində baş tutub.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Konfransın əsas tərəfdaşları qismində çıxış ediblər.
Beynəlxalq konfrans çərçivəsində "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi ilə "Femmes Digitales" təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu AKTA-nın icraçı direktoru Rauf Cabarov ilə "Femmes Digitales"ın təsisçisi və sədri Jana Krımpe imzalayıb.
Konfrans çərçivəsində qadınların kibertəhlükəsizlik sahəsində inkişafı məsələləri müzakirə edilib, beynəlxalq ekspertlər tərəfindən maraqlı təqdimatlar göstərilib, təcrübə mübadilə sesiyaları və panel müzakirələri baş tutub. Panel müzakirələrində Rauf Cabarov, Nata Goderdzishvili, Olga Pasichnyk və AKTA eksperti Zari Uslu-Abdullayeva iştirak edib.