Xəbərlərə qayıt
Xəbərlər • 28.10.2025

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı

 

25-26 oktyabr tarixlərində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib.

 

Tədbirdə BMT-nin baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.

 

Konvensiyada kibercinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması, elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas məqsədlər kimi qeyd olunub.

 

Konvensiya 2025-ci ilin 25-26 oktyabr tarixlərində ümumilikdə 72 ölkə tərəfindən imzalanıb.

Qalereya