9–10 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə CyberEast+ layihəsi çərçivəsində “Kiberzorakılıq üzrə Hesabatlılıq və Fəaliyyətə dair Milli Forum” keçirilmişdir.
Forumda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasını (AKTA) İdarə Heyətinin sədri Pənah Musayev təmsil etmişdir.
Tədbirdə dövlət orqanları, internet xidmət təminatçıları və akademik sferadan səlahiyyətli nümayəndələr iştirak etmişdir.
Forum çərçivəsində iştirakçılar kiberzorakılığın təsnifatı, qarşısının alınması və hesabatlılıq mexanizmləri barədə təcrübə mübadiləsi aparmış, həmçinin Azərbaycan Respublikasında kiberzorakılıqla bağlı fəaliyyət prinsiplərinin müəyyən edilməsi istiqamətində müzakirələr aparmışlar. Tədbirin əsas məqsədi dövlət orqanları, özəl sektor, vətəndaş cəmiyyəti və akademik icma arasında dialoqu gücləndirərək kiberzorakılıqla mübarizə strategiyalarını inkişaf etdirmək olmuşdur.