AKTA nümayəndə heyəti 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

01.03.2024

AKTA nümayəndə heyəti 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

Fevralın 28-də Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Forumda AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov, AKTA İdarə Heyətinin üzvü olan “Caspel” şirkətinin rəhbəri Ceyhun Quliyev və AKTA üzvü olan “Digital Umbrella” şirkətinin təsisçisi və rəhbəri Ulduza Xəlilovanın təmsil olunduğu nümayəndə heyəti iştirak etmişdir. 
Forum çərçivəsində biznes sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatında görüşlər və müxtəlif istiqamətlər, o cümlədən "Sənaye sektorunda gələcəyin texnologiyaları" üzrə dəyirmi masa təşkil olunub. AKTA heyəti B2B görüşlər çərçivəsində Rusiyanın bir neçə İT və kibertəhlükəsizlik şirkət və təşkilatları ilə görüşmüşdür. Bunlar arasında “Security Code”, “Russian Software” Rusiya Proqram Təminatı Məhsulları Assosiasiyası və İnternet Ticarəti Şirkətlərinin Assosiasiyası ilə mümkün əməkdaşlıq məsələləri müzakirə edilib. 

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Forumda dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur 2022 - 2024