AKTA Ekspertləri ilə görüş keçirilib

05.04.2024

AKTA Ekspertləri ilə görüş keçirilib

5 aprel tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) ekspertlərinin iştirakı ilə onlayn görüş baş tutub. Görüşdə AKTA tərəfindən təqdim edilən bir sıra yeniliklər barədə məlumat verilib.  

Görüşü AKTA İdarə Heyətinin sədri Elvin Balacanov giriş sözü ilə açıb və son yeniliklər, eləcə də AKTA ekspertliyinə yeni qəbul edilmiş ekspertlər barəsində qısa məlumat verib. Daha sonra  AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov tərəfindən AKTA ekspertləri üçün yaradılmış elektron kabinet barədə təqdimat edilib.

İclasda ekspert komitələrinin formalaşdırılmasına dair müzakirələr aparılıb. Qeyd edilib ki, həm fərdi, həm də şirkətləri təmsil edən ekspertlərdən ibarət olmaqla AKTA-nın işçi qrupları rolunu oynayacaq komitələrin fəaliyyətinə yaxın günlərdə start veriləcək. Ekspert komitələri tərəfindən aidiyyəti sahələr üzrə məlumat paylaşılması, məsələ və problemlərin müzakirə edilməsi, təklif, tövsiyə və sənədlərin hazırlanması, seminar və məlumatlandırma sessiyalarının keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Komitələrin qərarları və təkliflərinin AKTA-nın fəaliyyətində nəzərə alınacağı və aidiyyəti qurum və subyektlərə təqdim ediləcək layihə və təkliflərin əsasını təşkil edəcəyi qeyd olunub.

Daha sonra, tədqiqat və inkişaf istiqaməti üzrə layihələrə, eləcə də komitələrin fəaliyyətinə dair AKTA ekspertlərinin təklifləri dinlənilib.

© Bütün hüquqlar qorunur 2022 - 2024