Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və CYBERSIGN MMC-nin birgə təşkilatçılığı çərçivəsində ASAN Xidmətin Lənkəran filialında könüllülər üçün kibermaarifləndirmə təlimi keçirilmişdir. Digər ASAN mərkəzlərin əməkdaşları təlimə onlayn formada qoşulmaq imkanı əldə ediblər.
Təlimin məqsədi iştirakçıların kibertəhdidlər barədə məlumatlandırılması, şəxsi və iş həyatlarında informasiya təhlükəsizliyini təmin etmək üçün zəruri bilik və vərdişlərin öyrədilməsi olmuşdur. Təlimdə real nümunələr və praktiki tövsiyələr təqdim olunmuşdur.
Maarifləndirmə təşəbbüslərinin regionlarda həyata keçirilməsi kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. AKTA tərəfindən üzv şirkətlərlə birlikdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.