Xəbərlərə qayıt
Xəbərlər • 16.02.2026

Təhlükəsiz İnternet Gününə həsr olunmuş “Cyber Talk” vebinarı uğurla keçirilib.

Təhlükəsiz İnternet Gününə həsr olunmuş “Cyber Talk” vebinarı uğurla keçirilib.

10 fevral tarixində AKTA tərəfindən onlayn formatda təşkil olunan vebinar bu il “Ağıllı texnologiyalar və təhlükəsiz seçimlər — Süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsi” mövzusuna həsr edilib. Tədbir çərçivəsində kibertəhlükəsizlik, risklərin idarə olunması və rəqəmsal maarifləndirmə sahəsində aktual çağırışlar və müasir yanaşmalar ətrafında geniş müzakirələr aparılıb.

 

Vebinarda AKTA-nın Təhsil Komitəsinin sədri, Code Academy-nin Baş icraçı direktoru Ülvi Aslanov və “GRC” Komitəsinin sədri, Kapital Bankın İnformasiya təhlükəsizliyi departamentinin direktor müavini Kamran Kərimov spiker qismində çıxış ediblər. Çıxışlarda təhlükəsiz internet mühitinin formalaşdırılması, süni intellekt texnologiyalarının etik və məsuliyyətli tətbiqi, eləcə də risk əsaslı yanaşmaların əhəmiyyəti xüsusi vurğulanıb.

 

Tədbirin sonunda kibertəhlükəsizlik sahəsində institusional əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub, gələcək maarifləndirici təşəbbüslər və birgə layihələr barədə fikir mübadiləsi aparılıb. “Cyber Talk” vebinarı iştirakçılar üçün həm bilik, həm də təcrübə mübadiləsi baxımından faydalı platforma kimi yadda qalıb.

 

Youtube kanalımıza keçid edərək vebinarımızı izləyə bilərsiniz.

https://youtu.be/tXuaWOG1ebs

Qalereya