image

Azərbaycan Kibertəklükəsizlik Təşkilatları Assosiasiyası Moldovada keçirilmiş beynəlxalq konfransda iştirak edib.

02.06.2025

Azərbaycan Kibertəklükəsizlik Təşkilatları Assosiasiyası Moldovada keçirilmiş beynəlxalq konfransda iştirak edib.

Almaniya Əməkdaşlıq Təşkilatının (GİZ) təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadan olan İKT və kibertəhlükəsizlik assosiasiyaları, universitet və İT klasterlərini təmsil edən rəhbər heyətlərin iştirakı ilə Moldovanın Kişinyov şəhərinə təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilmişdir. 

 

Görüşdə AKTA-nın icraçı direktoru Rauf Cabarov iştirak edib. Qeyd olunan görüş GİZ təşkilatının “Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta müəssisələrin rəqəmsal transformasiyası” Proqramı çərçivəsində keçirilib.

 

Nümayəndə heyətləri “Avropa Rəqəmsal İnnovasiya Hablarının (“EDİH”) Şərq Tərəfdaşlığı Şəbəkəsi” beynəlxalq konfransında iştirak edib, mövcud olan rəqəmsal innovasiya mərkəzlərinin fəaliyyətini öyrəniblər. Gələcəkdə qeyd olunan layihənin genişləndirilməsi və digər Şərq Tərəfdaşlığı ölkələrinin bu layihəyə cəlb edilməsinin perspektivləri müzakirə edilib. İştirakçılar Moldova Kibertəhlükəsizlik Agentliyi, Moldova İT Parkı, Moldova Texniki Universiteti və “Tekwill” İKT Mükəmməllik Mərkəzini ziyarət edib, yeniliklərlə tanış olub və mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qeyd edək ki, layihə çərçivəsində qarşılıqlı səfərlərin və əməkdaşlıq tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub.