Azərbaycan Texniki Universitetinin tələbələri üçün Kibertəhlükəsizlik mövzusunda seminar keçirilib.

31.10.2023

Azərbaycan Texniki Universitetinin tələbələri üçün Kibertəhlükəsizlik mövzusunda seminar keçirilib.

"Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı" çərçivəsində növbəti seminar Azərbaycan Texniki Universitetində (AzTU) baş tutub. AKTA və AzTU-nun birgə təşkilatçılığı ilə keçirilən seminarda “Kiber müharibə” və “Dark web” barədə tələbələrə ətraflı məlumat verilib. Seminarda eyni adlı universitetin 300-dən çox tələbəsi iştirak edib. 

Seminarı giriş sözü ilə AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov və AzTU-nun Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev açıblar. Daha sonra AKTA-nın tərəfdaşı olan “Qarabug” kibertəhlükəsizlik platformasının təsisçisi Miraqşin Abutalıbov və Türkiyənin “Brandefence” kibertəhlükəsizlik şirkətinin həmtəsisçisi və texniki direktoru Mehmet Caner Köroğlu maraqlı mövzular ilə təqdimat ediblər. Sonda tələbələrin iştirakı ilə maraqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur 2022 - 2024