Xəbərlərə qayıt
Xəbərlər • 10.10.2025

“CIDC 2025” kibertəhlükəsizlik festivalının bağlanış mərasimi keçirildi.

“CIDC 2025” kibertəhlükəsizlik festivalının bağlanış mərasimi keçirildi.

"CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalının bağlanış mərasimi keçirildi.

 

Bakı Konqres Mərkəzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı ilə “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının bağlanış mərasimi baş tutub.

 

Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

 

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında keçirilib. Festival çərçivəsində keçirilən bu yarışmanın qalibləri müəyyənləşib:

 

🥇 AzInTelecom-un “RedBox” komandası — 1-ci yer

🥈 Azercell-in “CyberCell” komandası — 2-ci yer,

🥉 Kapital Bank-ın “Bir Sec” komandası — 3-cü yer 

 

Qeyd edək ki, birinci və ikinci yerlərin qalibləri — AzInTelecom və Azercell şirkətləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvləridir. 

 

Qalib komandalar 30 min manatlıq mükafat fonduna sahib olublar: 1-ci yer — 15 000 AZN, 2-ci yer — 10 000 AZN, 3-cü yer — 5 000 AZN.