Milli kriptoqrafik həllərin və mühafizə vasitələrinin hazırlanması zəruridir

13.06.2023

Milli kriptoqrafik həllərin və mühafizə vasitələrinin hazırlanması zəruridir

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov milli kriptoqrafik həllərin və mühafizə vasitələrinin hazırlanmasının zəruri olduğunu bildirib.

 "Kriptoqrafiya üzrə elmi-praktiki seminar"da etdiyi çıxış zamanı E.Balacanov qeyd edib: "Nəzərə almalıyıq ki, rəqəmsal transformasiya sahəsində, xüsusilə də, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması məqsədilə kriptoqrafiyaya xüsusi önəm verilməli, o cümlədən müxtəlif milli kriptoqrafik həllərin və mühafizə vasitələrinin hazırlanmasına diqqət ayrılmalıdır."

© Bütün hüquqlar qorunur 2022 - 2024