Vergi sahəsində sahibkarlıq subyektlərinin mövcud problemlərinin öyrənilməsinə həsr edilmiş görüş baş tutub

24.11.2023

Vergi sahəsində sahibkarlıq subyektlərinin mövcud problemlərinin öyrənilməsinə həsr edilmiş görüş baş tutub

23.11.2023-cü il tarixində KOBİA-ya yanında İctimai Şuranın təşəbbüsü ilə keçirilən görüşdə müxtəlif sahələrdən olan sahibkarlar ilə yanaşı AKTA-nın üzvü olan şirkətlərin nümayəndələri iştirak ediblər. Görüşdə vergi sahəsində sahibkarların müxtəlif məsələlər üzrə sualları, mövcud problemlər, çətinliklər və təkliflər səsləndirilib. 


Görüşü giriş sözü ilə açan İctimai Şuranın sədri Fərhad Qaraşov sahibkarların problemlərinin öyrənilməsi və təkliflərinin nəzərə alınması baxımından görüşün vacib əhəmiyyətini vurğulayıb. Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhmədov Əhməd və digər məsul şəxslər tərəfindən sahibkarların sualları cavablandırılıb. Bir sıra məsələlər üzrə sahibkarların təkliflərinin Dövlət Vergi Xidmətinə yazılı formada təqdim edilməsi və onların detallı şəkildə baxılması qərara alınıb. 
Görüşdə AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən şirkətlərin istəklərini səsləndirib. AKTA-nın üzvləri olan “MONT” və “Digital Umbrella” şirkətlərinin nümayəndələri İT sahəsinə xas olan vergi problemlərini qeyd ediblər.  
Bu tipli görüşlərin davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur 2022 - 2024