image

AKTA "Dövlət Qurumlarının İT Rəhbərlərinin V Zirvə Toplantısı"nda təmsil olunub

24.02.2025

AKTA "Dövlət Qurumlarının İT Rəhbərlərinin V Zirvə Toplantısı"nda təmsil olunub

Cari ilin 21 fevral tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin sahə üzrə təcrübə mübadiləsinə cəlb edilməsi, informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə “Dövlət Qurumlarının İT Rəhbərlərinin V Zirvə Toplantısı” keçirilib.

 

Tədbirdə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA), təşkilatın İdarə Heyətinin sədri Elvin Balacanov tərəfindən təmsil olunub. E.Balacanov kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində milli həllərə prioritet verilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, bu sahədə sürətli inkişaf üçün  operativ şəkildə ehtiyacların müəyyənləsdirilməsi, kompleks dəstək və effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının zəruri olduğu qeyd edilib.

 

Zirvə toplantısında dövlət qurumlarındakı informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və gələcək planlar müzakirə edilib. Həmçinin, informasiya təhlükəsizliyi auditlərində diqqət yetirilməsi vacib olan sahələr, zərərsizləşdirilmiş kiberqruplaşmaların ölkəmizdəki hədəfləri və onlarla mübarizə metodları, dövlət qurumlarında həyata keçirilən kibersimulyasiya nəticələri, bugbounty və kibergigiyena layihələri, yeni təhlükə tendensiyaları, həmçinin dövlət qurumlarının qarşılaşdıqları problemlər və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Daha ətraflı: https://scis.gov.az/az/news/view/259/dovlet-qurumlari-it-rehberlerinin-v-zirve-toplantisi-kecirilmisdir