AKTA İdarə Heyəti qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsirinə dair ictimai müzakirədə iştirak edib

14.03.2024

AKTA İdarə Heyəti qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsirinə dair ictimai müzakirədə iştirak edib

Cari ilin 13 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə "Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları” mövzusunda növbəti ictimai müzakirə keçirilib. Tədbirdə, həmçinin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov, sədr müavini Rauf Cabarov və İdarə Heyətinin üzvü, “All In One Technologies” şirkətinin baş icraçı direktoru Məmməd Kərimli iştirak edib. 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinin, aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyaların nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə sahibkarlıq sahəsində mövcud qanunvericiliyə, bu sahədə aparılan islahatların biznes mühitinə təsirinə və nəzərdə tutulan yeniliklərə dair fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb. 
AKTA İdarə Heyətinin sədri müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması prosesinə aidiyyəti assosiasiya və peşəkar birliklərin daha yaxından cəlb olunması üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirib. Habelə, Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi veb səhifəsi vasitəsilə təqdim olunan müvafiq qanun layihələrinin müzakirəsində (https://www.meclis.gov.az/cat-layihe.php?cat=83&lang=az) assosiasiyaların və sahibkarlıq subyektlərinin də aktiv iştirakının məqsədəuyğun olduğu bildirilib.

© Bütün hüquqlar qorunur 2022 - 2024