“Qadınların İKT biliklərinə yiyələnməsi və iqtisadiyyata rəqəmsal transformasiyası” adlı layihəsi yekunlaşdı

07.07.2023

“Qadınların İKT biliklərinə yiyələnməsi və iqtisadiyyata rəqəmsal transformasiyası” adlı layihəsi yekunlaşdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “AzeRobot education” tədris mərkəzinin texniki dəstəyi ilə “Avropa Tələbələr Forumu-Sumqayıt”, “Antinarkotizm” Beynəlxalq elmi-analitik Mərkəzi və “Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” ictimai birliklərinin koalisiyası “Qadınların İKT biliklərinə yiyələnməsi və iqtisadiyyata rəqəmsal transformasiyası” adlı layihəsinə yekun vurmuşdur.

Təlimlər Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından dəvət olunmuş peşəkar mütəxəssis Müşərrəf Məmmədova tərəfindən keçirilib.

Layihə çərçivəsində həyata keçirilən tədbirlərin əsas məqsədi qadınların  İKT sahəsinə cəlb edilməsi, rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və stimullaşdırmasına dəstək verilməsi olmuşdur. Layihə çərcivəsində qadınlara rəqəmsal bacarıqlar və kompüter texnologiyaları, elektron ticarətin təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, həmçinin şəxsi inkişaf bacarıqları və bu bacarıqlardan istifadə etməklə uğur qazanmağın yolları üzrə təlimlər keçirilib.

Qeyd edək ki, təlimlərdə 300-dən artıq qadın iştirak edib.

© Bütün hüquqlar qorunur 2022 - 2024